"Neft bazarında bolluq 2017-ci ilin sonuna qədər davam edəcək"

21:31 | 27.09.2016

"Neft bazarında bolluq 2017-ci ilin sonuna qədər davam edəcək"

Dünya neft bazarında təklif tələbi  2017-ci ilin sonuna qədər üstələyəcək. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Energetika Agentliyini n(İEA) rəhbəri Fatih Birol Əlcəzairdə "Bloomberg" agentliyinə müsahibəsi zamanı bildirib. 

"Önəmli müdaxilə olmasa biz 2017-ci ilin sonuna qədər neft bazarında tarazlığın bərpa olunacağını gözləmirik", - deyə o, qeyd edib.

Xatırladaq ki, sentyabrın 13-də İEA bəyan edib ki, neft bazarında stabilləşmənin 2017-ci ilin ortalarında baş tutacaq.

Fatih Birolun sözlərinə görə, neftə olan tələb gözləniləndən də aşağı düşüb. Bu səbəbdən İEA 2016-2017-ci illərdə neftə tələbin artım proqnozunu aşağı salıb.  O, tələbin azalmasını Hindistan və Çində neft istehlakının əhəmiyyətli dərəcədə azalması ilə izah edib. 

İEA-nın sentyabr ayı üzrə proqnozuna görə, 2016-cı ildə neftə tələb 1,3 mln. barel/gün, 2017-ci ildə isə 1,2 mln. barel/gün artacaq ki, bu da avqust proqnozundan müvafiq olaraq 100 000 və 200 000 barel azdır. 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM