Neft düşsə də, silahlanma dayanmayıb

11:17 | 05.04.2016
Neft düşsə də, silahlanma dayanmayıb

Neft düşsə də, silahlanma dayanmayıb


Azərbaycan neftin qiymətinin düşməsinə baxmayaraq, 2015-ci ildə hərbi xərclərini artırıb.

"Report" bu xəbəri Stokholm Beynəlxalq Sülh Problemlərinin Araşdırılması İnstitutunun (SİPRİ) qlobal silahlanma xərclərinə dair hesabatına istinadən yayıb: "Ötən onillikdə dünyanın bir çox ölkələrində hərbi xərclərin kəskin artımı müşahidə olundu. Bu, neftin yüksək qiymətləri və onun yeni yataqlarının kəşf edilməsi, həmçinin istismara verilməsi sayəsində mümkün oldu. Lakin 2014-cü ildə enerji daşıyıcıları qiymətlərinin düşməsi, bir çox neft hasil edən ölkələrdə bu tendensiyanı müsbət istiqamətdə dəyişdi”, – deyə hesabatda qeyd edilir.

Sənəddə deyilir ki, neft hasil edən ölkələr arasında, qiymətin düşməsinə baxmayaraq, silahlanma xərclərini davam etdirən ölkələr də var və Azərbaycan bu sıradadır.

Sənəd müəlliflərinə görə, bu ölkələrin əksəriyyəti münaqişə şəraitindədir və yaxud regional səviyyədə gərginlik var.

Sənəddə 2015-ci ildə dünyada silahlanma xərclərinin ümumi həcminin 2014-cü il ilə müqayisədə 1 faiz artmaqla 1,676 trilyon dollar təşkil etdiyi vurğulanır. Ötən il silahlanmaya ən çox ABŞ- 36 faiz (596 mlrd. dollar), Çin- 13 faiz  (215 mlrd. dollar) və Səudiyyə Ərəbistanı-5,2 faiz  (87,2 mlrd. dollar) pul xərcləyib. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb