Neft Fondu sabah daha 200 mln. dollar satışa çıxaracaq

17:27 | 14.01.2016
Neft Fondu sabah daha 200 mln. dollar satışa çıxaracaq

Neft Fondu sabah daha 200 mln. dollar satışa çıxaracaq


Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ildə valyuta satışını davam etdirir.

Dövlət Neft Fondundan ANN.Az-a verilən məlumata görə, 15 yanvar 2016-cı il tarixində Mərkəzi Bankın müntəzəm hərracları vasitəsilə hərrac təşkil ediləcək. Hərracda ölkədəki bütün bankların iştirak etmək imkanı vardır. Hərraca 200 milyon ABŞ dolları məbləğində vəsait çıxarılacaq.

İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcəkdir.
 
Orxan Aslanlı


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb