Neft Fondunda MHŞT üzrə Çoxtərəfli Qrupun növbəti iclası keçirildi

18:29 | 04.07.2016
Neft Fondunda MHŞT üzrə Çoxtərəfli Qrupun növbəti iclası keçirildi

Neft Fondunda MHŞT üzrə Çoxtərəfli Qrupun növbəti iclası keçirildi

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun (ÇQ) növbəti iclası keçirilib.

MHŞT üzrə Beynəlxalq Katibliyin nümayəndələri Diveke Roqan və Tatyana Sedovanın iştirakı ilə keçirilən ÇQ iclasında Azərbaycanın MHŞT prosesi çərçivəsində növbəti Qiymətləndirmə prosesi müzakirə edilib.

MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulmuşdur. MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilib.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb