Neft qiymətləri Azərbaycana dərhal təsir edir - Ekspert

09:38 | 23.01.2015
Neft qiymətləri Azərbaycana dərhal təsir edir - Ekspert

Neft qiymətləri Azərbaycana dərhal təsir edir - Ekspert

"Neftin ucuzlaşması bəzi sahələrdə sözsüz ki, özünü göstərir. Bəzi sahələrdə isə nəzərə çarpmır”.

ANN.Az Axar.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında iqtisadçı ekspert Samir Əliyev dünya bazarında neftin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına təsiri barədə proqnoz verərkən bildirib.

Onun sözlərinə görə, dünya bazarındakı neft qiymətləri Azərbaycana dərhal təsir edir:

"Çünki biz neft ixrac edən ölkəyik. İxracın 95 faizə qədərini neft-qaz məhsulları təşkil edir. Eyni zamanda, ölkənin əsas valyuta ehtiyatları neftdən gələn pul hesabına formalaşır. Əgər neftin düşməsində indiki vəziyyət davam edərsə, artıq 2015-ci il büdcəsinin icrasında hökumət bir sıra xərcləri ixtisar etmək məcburiyyətində qalacaq. Bunlar da əsasən investisiya xərcləridir ki, bu addım işsizliyin artmasına səbəb ola bilər”.

Azərbaycan manatının qonşu ölkələrlə müqayisədə məzənnəsini sabit olaraq qoruyan yeganə milli valyuta olduğuna diqqət çəkən iqtisadçı neft qiymətinin düşəcəyi halda Mərkəzi Bankın manatı ucuzlaşdıracağını istisna etməyib: "Bir məsələ də var ki, neft Azərbaycanda qeyri-neft sektorunun inkişafına imkan vermir. Hesab edirəm ki, neftin ucuzlaşmasında yeganə müsbət çalar  qeyri-neft sektorunun sürətli inkişafına zəmin yaradacağıdır.

Digər tərəfdən, neftin ucuzlaşması əmlak bazarına da öz təsirini göstərəcək. Hesab edirəm ki, daşınmaz əmlakın qiymətlərindəki ucuzlaşma qacınmazdır”.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb