Neft son 2 ayın rekordunu qırdı

09:45 | 18.02.2015
Neft son 2 ayın rekordunu qırdı

Neft son 2 ayın rekordunu qırdı

Bahalaşmaqda olan Brent markalı neftin qiyməti çərşənbə axşamı günü son 2 ayın maksimum göstəricisinə çatıb.

ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin fevral ayı üçün keçirilən fyuçers əməliyyatlarında 1 barrel neft üçün 62,12 dollar qiymət təklifi qeydə alınıb.

Təhlilçilər indiki artım fazasının nisbətən qısamüddətli ola biləcəyini istisna etmirlər.

Ekspertlər xatırladırlar kı, dünya neft bazarında hazırda təklif tələbatı üstələyir, neft hasilatı tempi isə əvvəlkitək yüksək olaraq qalmaqdadır.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM