Neft tankeri 21 nəfərlik heyyətlə yanır

10:57 | 08.05.2018
Neft tankeri 21 nəfərlik heyyətlə yanır

Neft tankeri 21 nəfərlik heyyətlə yanır

Koreya Respublikasının ərazi sularında Panama bayrağı altında neft məhsulları daşıyan tanker yanır.

Anews.az Yenicag-a istinadla xəbər verir ki, hadisə haqqında ölkənin sahil mühafizəsinin nümayəndələri məlumat yayıblar.

Bildirilir ki, hadisə Seulun 340 kilometrliyində baş verib. Sahil mühafizəsinin gəmiləri artıq hadisə yerindədirlər.

Hələlik ölən və xəsarət alanlar haqqında heç bir məlumat yoxdur. Gəminin içində 21 nəfər ekipaj üzvü var.

Hava şəraitinin pis olması xilasedicilərin yanan tankerə yaxınlaşmasının əngəlləyir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM