"Neftçi" braziliyalı futbolçu ilə vidalaşıb

18:30 | 15.02.2023

"Neftçi" braziliyalı futbolçu ilə vidalaşıb

"Neftçi" futbolçusu Gilyerme Pato ilə vidalaşıb.

Braziliyalı hücumameylli yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

2022-ci ilin yanvarında "Neftçi"yə transfer olunmuş 23 yaşlı vinger bu müddət ərzində 32 rəsmi oyunda meydana çıxıb, 2 qola imza atıb. Onun ölkəsinin "Figeyrense" klubuna keçəcəyi gözlənilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb