"Neftçi" heyətinə yeni futbolçu cəlb edib

21:43 | 13.11.2017

"Neftçi" heyətinə yeni futbolçu cəlb edib

"Neftçi” PFK heyətinə yeni futbolçu cəlb edib.

Trend klubun saytına istinadən məlumat verir ki, gənc yarımmüdafiəçi Elnur Süleymanovla 3 illik müqavilə bağlanıb. 2014/2015 mövsümündə "İnter” klubunun heyətində Premyer Liqada debüt etmiş E.Süleymanov ötən mövsüm AZAL-ın heyətində 18 oyunda meydana çıxıb.

U-19 milli komandamızla Avropa çempionatında iştirak etmiş E.Süleymanov Sloveniya yığması ilə oyunda (3:2) qol vurub. Yeni transferimiz ötən il U-21 milli komandamıza da cəlb olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM