"Neftçi" yeni transferini sifariş edib

15:57 | 02.02.2017

"Neftçi" yeni transferini sifariş edib

"Neftçi" futbol klubu yeni transferi Hüqo Barqası sifariş edib. 

ANN.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, artıq 30 yaşlı forvardın sənədləri Peşəkar Futbol Liqasına təqdim edilib.

"Ağ-qaralar"la 1 illik müqavilə bağlayan fransız hücumçu fevralın 3-də Azərbaycan Premyer Liqasının XVI turu çərçivəsində keçiriləcək "Qəbələ" ilə səfər matçında meydana çıxa biləcək. 

Qeyd edək ki, Hüqo Barqas "Neftçi"nin qış fasiləsi dönəmində sifariş etdiyi 8-ci oyunçudur. Paytaxt klubu daha əvvəl Ruslan Abışov, Namiq Ələsgərov, Georgi Navalovski, Zdenek Folprext, İqnasio Errera, Kirill Petrov və Pavel Dreksanın adını iştirak ərizəsinə daxil edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb