Neftin qiyməti bahalaşdı

10:03 | 11.01.2017
Neftin qiyməti bahalaşdı

Neftin qiyməti bahalaşdı

Dünya birjalarında neft bahalaşıb.

ANN.Az "APA-Economics"ə istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,15 dollar artaraq 50,97 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,11 dollar artaraq 53,75 dollar olub.
 
Ötən gün neftin qiyməti kəskin azalma dinamikası nümayiş etdirib. Belə ki, Brent və WTI markalı neft 3,8% dollar ucuzlaşıb. Brent markalı neftin qiyməti ötən ilin dekabr ayının 16-dan etibarən 54 dollar səviyyəsindən aşağı düşüb. Neftin ucuzlaşmasının əsas səbəbi bazarda disbalansın yaranmasıdır.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM