Neftin qiyməti sürətlə ucuzlaşır

09:26 | 24.06.2016
Neftin qiyməti sürətlə ucuzlaşır

Neftin qiyməti sürətlə ucuzlaşır

Bu gün Bakı vaxtı ilə saat 09:00-a olan məlumata görə, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti bir barelə görə 47,98 dollar olub.

Oxu.Az "Bloomberg”ə istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti isə 48,85 dollar təşkil edib.

Qeyd edək ki, dünən hərracların nəticələrinə görə, Brent və WTI markalı neftin bir barelinin qiyməti müvafiq olaraq 50,14 və 49,41 dollar təşkil edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM