“Neftçi”yə yeni baş məşqçi təyin olundu

17:14 | 04.09.2014
“Neftçi”yə yeni baş məşqçi təyin olundu

“Neftçi”yə yeni baş məşqçi təyin olundu

“Komanda həmişə mənim üçün doğma olub”.

“Neftçi” PFK-nın baş məşqçisi vəzifəsinə Arif Əsədov təyin olunub və onunla 2 illik müqavilə imzalanıb. 

ANN.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Elmir Xankişiyev isə köməkçi məşqçi vəzifəsinə təyin edilib.

“Neftçi” PFK-nın prezidenti Sadıq Sadıqov Arif Əsədovu bu gün məşqçi və futbolçu heyətinə təqdim edib. Klub prezidenti ona yeni işində uğurlar arzulayıb.

Arif Əsədov ona göstərilən etimada görə klub prezidentinə təşəkkürünü bildirib. Mütəxəssis təyinatı ilə bağlı klubun rəsmi saytına danışıb:

“İlk növbədə klub prezidenti Sadıq Sadıqova təşəkkür edirəm ki, məni yenidən “Neftçi”yə dəvət etdi. Bu komanda həmişə mənim üçün doğma olub. Həm futbolçu, həm də məşqçi kimi “Neftçi”də püxtələşmişəm. Bu komandanın hər zaman yüksək yerlər uğrunda mübarizə apardığını bilirəm. Bu komandada çempionluq sevinci yaşamışam. Çalışacağıq ki, “Neftçi”nin ötən mövsüm çempionatdakı uğursuzluğunu unutduraq”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb