Nəhəng kobra dünyanın ən böyük ilanını uddu - VİDEO

20:10 | 19.11.2019
Filippinin Mindanao adasında piton udmuş nəhəng kobra öldürülüb. Bu barədə "Newsflare”  xəbər verib.
Yerli sakinlər ilanı çəltik sahəsində müəyyən ediblər. Onun ağzından hələ də tam uda bilmədiyi şikarının quyruğu görünürdü. Sürünənin özünün uzunluğu 3,6 metr idi.
Sakinlər ilanı öldürərək yarıblar. Onun daxilindən müxtəlif mənbələrə görə  2,4-3,3 metr uzunluğunda  piton aşkar edilib.

"Bu yerlər ilanlarla doludur, ancaq piton yeyən kobra ilə ilk dəfədir rastlaşırıq”, - deyə sakinlərdən biri bildirib.
Şahidlər öldürülən ilanı Filippin kobrası adlandırıblar, lakin bu növün nümayəndələrinin uzunluğu 1,6 metri keçmir. Bundan başqa Filippində uzunluğu 57 metrə çatan Kral kobraları da var.
Torlu piton dünyanın ən böyük ilanı sayılır. Onların uzunluğu  7 metri keçir. Meymunlar, xırda cütdırnaqlılar, gəmiricilər, quşlar və digər sürünənlərlə qidalanırlar. Tez-tez  ev heyvanlarına, o cümlədən itlərə, keçirlərə vədonuzlara hücum edirlər.
 
 


www.anews.az
loading...

Xəbər lenti