Neymar sağalan kimi də zədələndi

21:01 | 22.08.2014
Neymar sağalan kimi də zədələndi

Neymar sağalan kimi də zədələndi

"Barselona"nın futbolçusu Neymar yenidən zədələnib.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, braziliyalı oyunçunun avqustun 20-i keçirilən məşqdə ayağının burxulduğu açıqlanıb. Onun nə zaman yaşıl meydanlara qayıdacağı barədə məlumat verilməyib.

Qeyd edək ki, Braziliya millisinin şərəfini qoruyan Neymar DÇ-2014-ün 1/4 finalında Kolumbiya ilə matçda da zədələnmişdi. Onurğa sümüyü sınan gənc hücumçunun zədəsini yeni sağalmışdı.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM