NİİM paytaxtda bəzi küçələrdə dəyişiklik təklif edir – FOTOLAR

14:35 | 15.10.2015
NİİM paytaxtda bəzi küçələrdə dəyişiklik təklif edir – FOTOLAR

NİİM paytaxtda bəzi küçələrdə dəyişiklik təklif edir – FOTOLAR

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən Üzeyir Hacıbəyli küçəsi, Ak.Zərifə Əliyeva küçəsi, Aleksandr Puşkin küçəsi, Neftçilər və Azadlıq prospektlərində araşdırmalar aparılıb.

Bu barədə Oxu.Az-a Mərkəzdən bildiriblər.

Məlumata görə, aparılmış araşdırmalar nəticəsində məlum olub ki, yuxarıda adı çəkilən küçə və prospektlərdə yol hərəkətinin sxemdə göstərildiyi qaydada təşkil edilməsi və aşağıda qeyd olunmuş təkliflərin icra edilməsi günün müxtəlif saatlarında yaranan tıxac hallarının qarşısını alacaq.

Bununla əlaqədar, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən:

- A.Puşkin küçəsindən sağa, Ü.Hacıbəyli küçəsi istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin daimi olaraq hərəkətinin svetoforun əlavə seksiyasında təşkil edilməsi;

- A.Puşkin küçəsindən sola, Ü.Hacıbəyli küçəsi istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin daimi hərəkətinin svetoforun əlavə seksiyasında təşkil edilməsi;

- Ü.Hacıbəyov küçəsindən sağa, A.Puşkin küçəsi istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin daimi hərəkətinin svetoforun əlavə seksiyasında təşkil edilməsi;

- A.Puşkin küçəsinin Ü.Hacıbəyli küçəsi ilə Neftçilər prospekti arasında olan hissəsində istiqamətlər arasında rezin arakəsmələrin quraşdırılması;

- A.Puşkin küçəsi ilə hərəkət edib Neftçilər prospekti istiqamətində hərəkət edən avtobusların birbaşa deyil, Ak.Zərifə Əliyeva və Keykab xanım Səfərəliyeva  küçələri vasitəsiləNeftçilər prospekti istiqamətində hərəkət etməsini təmin etmək məqsədilə A.Puşkin küçəsində yerləşən avtobus dayanacağını götürərək, Ak.Z.Əliyeva və K.Səfərəliyeva küçələrində avtobus dayanacağının quraşdırılması;

- Ak.Z.Əliyeva küçəsinin A.Puşkin və K.Səfərəliyeva küçələrinin arasında olan hissəsinin biristiqamətli edilməsi;

- Neftçilər prospekti ilə hərəkət edən nəqliyyat vasitələrinin sola, Azadlıq prospektinə,
Ak.Zərifə Əliyeva küçəsinə və"Azadlıq” meydanının altında yerləşən avtomobil dayanacağına daxil olmasını təmin etmək məqsədilə "Giriş qadağandır” yol nişanlarının götürülməsi;

- Azadlıq prospekti ilə hərəkət edən nəqliyyat vasitələrinin Neftçilər prospektinə çıxışının təmin edilməsi;

- Neftçilər prospekti ilə hərəkət edən nəqliyyat vasitələrinin sola, A.Puşkin küçəsi istiqamətində hərəkətinin təmin edilməsi - təklif edilir.
 



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM