NO COMMENT: Rasim Əliyevin son mənzilə yola salınması - ANN.TV

17:50 | 10.08.2015
NO COMMENT: Rasim Əliyevin son mənzilə yola salınması - ANN.TV

NO COMMENT: Rasim Əliyevin son mənzilə yola salınması - ANN.TV

ANN.Az xəbər portalının əməkdaşı Rasim Əliyev avrustun 8-də naməlum şəxslər tərəfindən qəddarcasına döyülüb və o, aldığı xəsarətlər nəticəsində bir gün sonra müalicə aldığı xəstəxanada vəfat edib. 

Hazırda onun ölümünün səbəbləri araşdırılır. Dövlət başçısı İlham Əliyev məsələni şəxsən nəzarətə götürüb.

Rasim Əliyev ölümündən əvvəl verdiyi müsahibəsində onun "Facebook" profilindən futbolçu Cavid Hüseynovla bağlı paylaşdığı statusuna görə döyüldüyünü demişdi.

Hazırda faktla bağlı araşdırma aparılır.

ANN.TV-nin çəkiliş qrupu həmkarları, iş yoldaşları və yaxın dostları Rasim Əliyevin ölüm faktı ilə bağlı növbəti video-süjeti təqdim edir. ANN.Az ailəsi bu cəzasızlıq mühitinin tezliklə başa çatacağını, dediyi sözə görə öldürülən növbəti jurnalistin qatillərinin tapılıb cəzalandırılacağını niyyət edir.



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM