NO COMMENT: Zabit Səmədovu Bakıda belə qarşıladılar - ANN TV

13:22 | 25.04.2015
NO COMMENT: Zabit Səmədovu Bakıda belə qarşıladılar - ANN TV

NO COMMENT: Zabit Səmədovu Bakıda belə qarşıladılar - ANN TV

Azərbaycanın məşhur K-1 döyüşçüsü Zabit Səmədov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən "Global Fighting Championship 3" turnirinin qalibi olub. O, şotlandiyalı ulduz Stiv Makkinnonu yenib. Digər yarımfinal qarşılaşmasında Konqo-Almaniya əsilli Danyo İlunqa iranlı Cəfər Əhmədidən üstün olub.
 
Nəticədə finalda Səmədov İlunqa ilə üz-üzə gəlib. Görüş başlayan kimi Azərbaycan təmsilçisi ardıcıl 2 dəfə ayaq zərbələri ilə rəqibini yerə sərib. Növbəti raundlarda döyüşü əks-hücumlar üzərində quran Səmədov kəsərli zərbələrlə 4-cü raundda qələbəyə nail olub. Bununla da məşhur döyüşçü kuboka və 1 milyon dirhəm (286 min manat) pul mükafatına sahib olub.
 
Qeyd edək ki, Zabit Səmədov qazandığı pul mükafatının müəyyən hissəsini Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna bağışlayacaq.
 
Hazırladı: Fəridə Alıyeva

 
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM