​Norveç iyul ayında neft hasilatını 5 illik maksimuma çatdırıb

10:26 | 17.08.2016
​Norveç iyul ayında neft hasilatını 5 illik maksimuma çatdırıb

​Norveç iyul ayında neft hasilatını 5 illik maksimuma çatdırıb

Cari ilin iyul ayında Norveçdə neft hasilatı 2011-ci ilin mart ayından bu yana ötən ilin analoji dövrü ilə müqayisədə 10 faiz artaraq rekord göstəriciyə – sutkada 1,73 milyon barelə çatıb.

"Report" xəbər verir ki, bu barədə Norveç Neft Direktoratının (NPD) məlumatında bildirilir.

Bir çox hallarda bu artım operatoru İtaliyanın "Eni SpA" şirkəti olan "Goliat" yatağında hasilatın başlanması ilə əlaqədardır. Onun maksimum potensialı sutkada 100 min barel qiymətləndirilir.

Təbii qaz və kondensat hasilatı da daxil olmaqla, iyul ayında ölkədə hasilat sutkada 3,97 mln. barel neft ekvivalenti təşkil edib. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb