Noutbuk bazarının lideri məlum oldu

22:44 | 15.08.2016
Noutbuk bazarının lideri məlum oldu

Noutbuk bazarının lideri məlum oldu

"Lenovo” şirkəti noutbuk satışında lider olub. 

İKT.lent.az-ın xəbərinə görə, bu barədə "TrendForce” statistik agentliyinin nümayəndələri məlumat veriblər. 

Mütəxəssislərin sözlərinə görə, bu ilin birinci yarısında ümumilikdə müxtəlif markalardan olan təxminən 74,18 milyon ədəd noutbuk satışa çıxarılıb. Bu cihazların bazarı 2015-ci ilin analoji dövrün nəticələri ilə müqayisədə 4% azalıb. 

Cari ildə noutbuklar bazarının lideri bazarda 20%-dən artıq paya malik "Lenovo” brendi olub. Şirkət bu müddət ərzində 16 milyon ədəd portativ kompüter satışa çıxarıb ki, bu da ötən ilin nəticələrinə nisbətdə 4,5% çoxdur. 

"MacBook” seriyasından olan cihazların istehsalı ilə məşhurlaşan "Apple” şirkəti isə müştərilərini itirməyə başlayıb. Hazırda "Apple”nin bazardakı payı cəmi 7,9%-dir. Bu da ötən ilin nəticələri ilə müqayisədə 25% azdır. "Asus” və "Dell” şirkətlərinin satışları da azalıb. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM