Novruz bayramı artıq Azərbaycanın bütün suveren ərazilərində qeyd olunur - Hikmət Hacıyev

17:16 | 20.03.2024
Novruz bayramı artıq Azərbaycanın bütün suveren ərazilərində qeyd olunur - Hikmət Hacıyev

Novruz bayramı artıq Azərbaycanın bütün suveren ərazilərində qeyd olunur - Hikmət Hacıyev

Novruz bayramı artıq Azərbaycanın bütün suveren ərazilərində qeyd olunur.Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev rəsmi "X” hesabındakı paylaşımında bildirib.

"Bu il Azərbaycanda Novruz bayramı əvvəlkilərdən fərqlidir. Azərbaycanın hərbi işğaldan və boz zonalardan azad edilmiş bütün suveren ərazilərində Novruz tonqalları ilə qeyd olunur. Necə deyərlər, Oyun Bitdi!

Novruz bayramını təbrik edərkən, biz artıq gələn ili Şuşada, Xankəndidə demirik. Şuşada, Xankəndidə, işğaldan azad edilmiş digər torpaqlarda Novruz ruhu iləyik. Birləşmiş Millətlər Təşkilatının 2024-cü il tarixli, 3761 nömrəli yenilənmiş xəritəsi uyğun coğrafi adlarla yeni reallıqların ən yaxşı təsviridir!”, - paylaşımda qeyd edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb