“Oazis”dəki dəhşətli davanın görüntüləri – Təfərrüatlar + VİDEO

17:18 | 03.09.2014
“Oazis”dəki dəhşətli davanın görüntüləri – Təfərrüatlar + VİDEO

“Oazis”dəki dəhşətli davanın görüntüləri – Təfərrüatlar + VİDEO

“Mənə dedi ki, “get yoldaşına de, yaxasını bağlasın””.

“Oazis”də dünən gecə baş verən insidentin təfərrüatları məlum olub. 

Qafqazinfo-ya açıqlama verən və hazırda xəstəxanada müalicə olunan Zaur Əsgərovun bildirdiyinə görə, dünənki hadisədə onu və qonaqlarını döyüblər: 

“Uşağımın 3 yaşını qeyd etmək üçün “Oazis”də 15 nəfərlik yer götürmüşdüm. Qonaqların 8-i kişi, 7-si isə qadın idi. Mən xanımımla rəqs edərkən mühafizəçilərdən biri məni çölə çağırdı. Mənə dedi ki, “get yoldaşına de, yaxasını bağlasın”. Bu söz mənə pis təsir etdi və cavabını verdim. Bu vaxt mühafizəçilər töküldü üstümə. Təsəvvür edin aşpazlar, ofisiantlar, hətta restoranın “hacı” ləqəbli sahibi də bizi döyməyə başladı. Şəxsən “hacı” başıma boşqab vurdu. İndi mən xəstəxanadayam, ayaqlarımı sındırıblar. Videodan özünüz hər şeyi görəcəksiniz. Qonaqlarımdan Emil Tumasovun təkcə üzünə 50 tikiş vurulub. Məndən başqa ağır yaralanan dostlarım və bütün qohumlarımız hazırda Binəqədi rayon Polis bölməsindədir. Biz 7 kişi 50-60 nəfəri necə döyə bilərik?”.

Zaur Əsgərov həmçinin bildirdi ki, restoran rəhbərliyi insidentdə onları günahlandırır: 

“Bu davada bizim günahımız yoxdur. Mühafizəçilər özləri başladı, biz zərərçəkən tərəfik. Amma polis bölməsində restoranın sahibləri deyil, bizim qohumlar saxlanılır”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb