Obama: “Dünya bizə baxır”

13:28 | 16.03.2016
Obama: “Dünya bizə baxır”

Obama: “Dünya bizə baxır”

ABŞ Prezidenti Barack Obama onu bu postda əvəzləmək iddiasında olanları vulqar nitqdən, qəzəbli çıxışlardan çəkinməyə çağırıb, onlara "dünya bizə baxır” xəbərdarlığı edib.

"Vulqar sözlər, qadınlara və azlıqlara qarşı bölücü ritorika, bizə bənzəməyən, bizim kimi dua etməyən amerikalıları eşidirik”, Obama martın 15-də Vaşinqtonda nahar zamanı deyib.

"Dünya bizim nə dediyimizə, necə hərəkət etdiyimizə göz qoyur. Bu imicin zədələndiyini görmək istəmərik”.

Obama ad çəkməsə də, bəzi namizədlərin seçki kampaniyası zamanı əlbəyaxa davaların olduğunu, opponentlərin baxışlarının təhqirə məruz qaldığını vurğulayıb.

Prezidentin sözləri nahara qatılmış siyasi və ictimai liderlər tərəfindən alqışlanıb. Onun respublikaçılardan namizəd Donald Trump-a eyham vurması diqqətdən qaçmayıb. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb