ANN.Az Kulis.az-a istinadən xəbər verir ki, Obama Riçard Linklaterin çəkdiyi "Uşaqlıq” filminin ("Boyhood”) bu il izlədiyi ən yaxşı film olduğunu deyib.
Xanım Obamanın favoriti isə Gillian Flynnin əsəri əsasında çəkilmiş "İtmiş qız” ("Gone girl) filmidir. Obama deyib ki, "Uşaqlıq” şahanə filmdir və bu il izlədiklərinin arasında ən yaxşısıdır. ABŞ prezidenti xüsusi vurğulayıb ki, həyat yoldaşının filmlərə marağı azdır. Sevdiyi film haqqında danışan Mişel isə bunları söyləyib: "Bir neçə il bundan qabaq "İtmiş qız” romanını oxumuşdum. Çox sevmişdim əsəri. Məncə əsər filmdən daha yaxşıdır”.
Müxbirin "Axırıncı dəfə hansı mahnının sədaları altında rəqs etmisiniz?” sualına Mişel belə cavab verib: "Həmin gecə Barak DJimiz idi. Aretha Franklinin "Rock steady”sı ilə başladıq. Gecəni Al Green ilə bitirdik”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !