Obama adalara çəkildi

15:40 | 08.08.2015
Obama adalara çəkildi

Obama adalara çəkildi

O ailəsi ilə birgə adada dincələcək.

ABŞ prezidenti Barak Obama ailəsi ilə bu ilki məzuniyyətini Atlantik okeanında Massaçusests ştatının sahilində Martas-Vinyard adasında keçirəcək. 

Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, prezident xanımı Mişel və qızları Mali və Saşa ilə Martas-Vinyard adasında avqustun 8-dən 23-dək olacaq. 

Qeyd olunur ki, bu məzuniyyət Obamanın adaya altıncı səfəri olacaq. Prezidentlə bir yerdə onun milli təhlükəsizlik üzrə köməkçisi Syuzan Rays və Ağ evin baş məsləhətçisi Valeri Carrett də uçub. 

Ağ evdən bildirilib ki, məzuniyyət vaxtı prezidentin iştirakı ilə hər hansı bir ictimai tədbir keçirilməyəcək. Dövlət başçısının istirahətilə bağlı digər detallar açıqlanmır. 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb