Obama: "Putinə də dedim, Türkiyə haqlıdır"

15:21 | 01.12.2015
Obama:

Obama: "Putinə də dedim, Türkiyə haqlıdır"


Parisdə BMT-nin iqlim dəyişikliyinə həsr olunan zirvə toplantısında iştirak edən ABŞ və Türkiyə prezidentləri arasında görüş keçirilib.
 
APA-nın "milliyet.com.tr” saytına istinadən verdiyi məlumata görə, Barak Obama və Rəcəb Tayyib Ərdoğan arasındakı görüş 1 saat davam edib.
 
B. Obama Rusiya hərbi təyyarəsinin vurulmasından sonra yaranmış durumu və Rusiya ilə Türkiyənin bundan sonra necə əməkdaşlıq edə biləcəklərini müzakirə etdiklərini bildirib: "Türkiyənin özünümüdafiə hüququnu dəstəkləyirik. Putinə də dedim. Türkiyə haqlıdır. Gərginliyi azaltmaq lazımdır”.    
 
B. Obama qeyd edib ki, hamının ortaq düşməni İŞİD-dir və diqqət bu təhlükəyə qarşı mübarizəyə yönəlməlidir.
 
R. T. Ərdoğan isə Suriyadakı Bayırbucak bölgəsində İŞİD-in olmadığını, bu ərazinin bombardman edilməsindən üzüntü duyduqlarını söyləyib: "Rusiya ilə gərginliyi azaltmaq istəyirik. Niyyətimiz bölgə sülhünə töhfə verməkdir”. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb