"Obama, vədinə əməl et!" - Aksiya

17:16 | 12.01.2015

"Obama, vədinə əməl et!" - Aksiya

ABŞ-da Ağ Ev qarşısında toplaşan insan haqları müdafiəçiləri Quantanamodakı düşərgənin açılmasının 13-cü ildönümündə etiraz aksiyası təşkil ediblər. Hüquq müdafiəçiləri həmçinin prezident Obamanı düşərgənin bağlanmasına çağırıblar.

ANN.Az xəbər verir ki, Beynəlxalq Əfv Təşkilatı, ABŞ-İslam Əlaqələri Konqresi, Konstitusiya Haqları Mərkəzinin birgə təşkil etdiyi etiraz aksiyasında iştirakçılar Ağ Ev önündəki "Fayette" Parkda toplaşıblar.

"Quantanamonu dərhal bağlayın!", "İşgəncəyə YOX!", "Gizli həbsxanalara YOX!", "İşgəncə hər zaman yanlışdır!", "Obama vədinə əməl et!" şüarları səslənib.

"Al Jazeera"nın yaydığı xəbərə görə, aksiyaçılar Quantanamo həbsxanasında saxlanılanların məhbus geyimlərini geyinərək Ağ Evin önündə etirazlarını bildiriblər.

ANN.Az
 
 
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb