Obama: Yalnız ABŞ dünya ticarətinin şərtlərini diktə edə bilər

17:31 | 03.05.2016
Obama: Yalnız ABŞ dünya ticarətinin şərtlərini diktə edə bilər

Obama: Yalnız ABŞ dünya ticarətinin şərtlərini diktə edə bilər

"Amerikanın planı var”.

Transsakitokean tərəfdaşlığı üzrə (TST) iqtisadi sazişin bağlanması ABŞ-a dünya ticarətinin digər ölkələrin də riayət edəcəyi qaydaları müəyyənləşdirməyə imkan verəcək.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, amerikalı lider Barak Obama bundan əmindir. 

"Qlobal iqtisadiyyatdan özünü təcrid etmək üçün sədlərin ucaldılması, bizi sadəcə böyük imkanlardan təcrid edir. Əksinə, Amerika dünya iqtisadiyyatının yeni qaydalarını diktə etməlidir.

Digər ölkələr sırf Amerika və onun müttəfiqləri tərəfindən müəyyən edilmiş qaydalar üzrə oynamalıdırlar. Transsakitokean tərəfdaşlığı – bunu etməkdə bizə imkan yaradacaq”, - Obama "Washington Post” qəzetindəki məqalədə yazıb. 

"Dünya dəyişir və onunla bərabər qaydalar da dəyişir. Bu qaydaları Çin kimi ölkələr deyil, ABŞ yazmalıdır”, - prezident əlavə edib. 

"Xoşbəxtlikdən ABŞ-ın planı var, bu plan Amerika fəhlələrinin əməyinə zəmanət verməyə imkan yaradacaq”, - Obama davam edir. 

Onun sözlərinə görə, qəbul edilən sazişlər ABŞ-da istehsal edilən məhsullar üçün, bu gün mövcud olan, o cümlədən Amerika məhsullarına qoyulan 18 min vergi də daxil olmaqla maneələri aradan qaldırmalıdır. 

"Daha sadə desək, TST işə düşən kimi, amerikalı istehsalçılar indi istehsal etdiklərindən daha çox ixrac edə bilərlər. Bu isə (ABŞ-da) iş yerlərinin sayının artması deməkdir”, - Obama sözünü yekunlaşdırıb. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM