Obama özünü Reyqana bənzətdi

20:14 | 11.08.2015
Obama özünü Reyqana bənzətdi

Obama özünü Reyqana bənzətdi

ABŞ prezidenti Barak Obama İranı SSRİ-yə, özünü isə ABŞ-ın 40-cı respublikaçı prezidenti Ronald Reyqana bənzədib. 

ANS PRESS-in məlumatına görə, o, yerli İctimai Radioya (NPR) müsahibəsində Konqres üzvlərinin İranla nüvə proqramı sahəsində əldə edilən sazişə mənfi münasibətləri haqqında danışıb.

"Nəzərə alın ki, bu cür hal tək mənimlə baş verməyib. Ronald Reyqan da SSRİ lideri Mixail Qorbaçovla dialoqa girəndə onun mühafizəkar tərəfdarları çox kəskin danışırdılar. Onlar Reyqanın "şər imperiyası" ilə eyni cəbhədə olduğunu, Amerika qüdrətini boşuna sərf etdiyini iddia edirdilər", - deyən Obama zaman keçdikcə insanların yanlış təsəvvürlərdən xilas olacağına inandığını bildirib. 

"Vaxt keçdikcə həmvətənlərimiz Qərbin İranla nüvə proqramı sahəsində əldə etdiyi razılığa "ani siyasi təsəvvürlər" prizmasından deyil, milli maraqlar prizmasından baxacaqlar. Əgər razılığa gəlinməsəydi, Tehran durmadan nüvə silahının yaradılmasına doğru irəliləyəcki. Bu isə ABŞ-a bircə yol qoyurdu - bu və ya başqa formada hərbi zərbələr endirmək", - deyən Barak Obama bunun kimlərəsə sərf edəcəyini də bildirib.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM