Obameyanqdan "Arsenal" açıqlaması

20:31 | 11.01.2016
Obameyanqdan

Obameyanqdan "Arsenal" açıqlaması

"Borussiya" (Dortmund) klununun hücumçusu Pyer-Emerik Obameyanq "Arsenal"a keçəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib.

Qol.Az-ın ESPN-ə istinadən verdiyi məlumata görə, qabonlu futbolçu London klubuna transfer olunmaq istəmədiyini deyib:

"Arsenal"a keçəcəyimlə bağlı xəbərlər həqiqəti əks etdirmir. London təmsilçisi ilə heç bir danışığım olmayıb. Dortmundda xoşbəxtəm və komandadan ayrılmağı düşünmürəm".

Qeyd edək ki, 2015-ci ildə Afrikanın ən yaxşı futbolçusu seçilən Obameyanq cari mövsüm Bundesliqada keçirdiyi 17 oyunda 18 qol vurub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM