OBYEKTİVDƏ: Azərbaycan TV-lərində "Qaydasız Söyüş": Kimdir Müqəssir? - ANN.TV

10:35 | 06.07.2015
OBYEKTİVDƏ: Azərbaycan TV-lərində

OBYEKTİVDƏ: Azərbaycan TV-lərində "Qaydasız Söyüş": Kimdir Müqəssir? - ANN.TV

Küçədə dava-dalaş baş verirsə, mübahisə edən iki şəxs bir-birlərini ağır sözlərlə təhqir edirsə, həmin ərazidən öz övladı, balaca uşağı ilə keçən valideyn mütləq oğlunun-qızının belə bir mənzərənin şahidi olmasını istəməyəcək, çalışacaq ki, oradan tez bir zamanda uzaqlaşsın. Çünki belə qeyri-münasib mənzərə körpələrin yaddaşında pis iz buraxa, onun tərbiyəsinə mənfi təsir edə bilər. 

Elə isə bəs valideyn evinin çağrılmamış qonağı - televiziya məkanında - verilişlərdə, proqramlarda baş verən qalmaqallarla üz-üzə dayanan körpəsini necə qorumalıdır? Kanalı dəyişməklə, televizor aparatını elektrik enerjisindən ayırmaqla, yoxsa, övladının gözlərini, qulaqlarını qapamaqla?

Təəssüf ki, valideyn bu sadalananların hansını seçsə və yerinə yetirsə də, uşaq artıq TV proqramlarda yayımlanan qeyri-münasib mənzərəni görmüş olacaq, onun hafizəsində qadınların kişi kimi söyüş söyməsi, kişilərin qadın kimi qeybət eləməsi iz buraxacaq.

Elə isə nəyi necə etməli? 

ANN.TV-nin çəkiliş qrupu son zamanlar teleməkanda baş verən qalmaqallarla bağlı video-süjet hazırlayıb. Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərova, televiziya üzrə ekspert Zeynal Məmmədli vəziyyətdən çıxış yollarını göstərməyə çalışıblar, şəhər sakinləri isə öz baxışlarını nümayiş etdiriblər.

Müəllif: Aynur Məmmədova
Rusif Hüseynov

  


www.ann.az
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM