OBYEKTİVDƏ: Metroda havalandırma sisteminin dözülməz işləməsi

09:52 | 06.10.2015
OBYEKTİVDƏ: Metroda havalandırma sisteminin dözülməz işləməsi

OBYEKTİVDƏ: Metroda havalandırma sisteminin dözülməz işləməsi

Bu gün Bakı metrosu  insanların ən çox istifadə etdiyi nəqliyyat vasitəsidir. Gün ərzində metrodan 1 milyondan çox sərnişin istifadə edir. Bəs görəsən, metronun havalandırma sistemi sərnişinləri razı salırmı? Bununla bağlı Bakı sakinlərinin fikirlərini öyrəndik. 

Məsələ ilə əlaqədar Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova da müraciət etdik. Ekspertin fikrincə,  Bakı metropoliteni kifayət qədər geniş olsa da, stansiyaların havalandırma sistemi kifayət qədər mükəmməl deyil.

Eyyub Hüseynov həmçinin metro stansiyalarında havalandırmanı  təmin edən şaxtaların ətrafında yüksək mərtəbəli binaların tikilməsinin problem yaratdığını bildirdi. Elə biz də bununla bağlı şəhərdə araşdırma apardıq. Məsələn, Nizami və Elmlər akademiyası stansiyaları arasındakı şaxtanın düz yanında Xalq bankın baş ofisi tikilib. Eyni hadisə ilə 28 may metro stansiyasının yaxınlığında da rastlaşdıq. Əhmədli stansiyasının yanındakı şaxtadan isə vətəndaşlar zibil qabı kimi istifadə edirlər. 
 
Hazırladılar: Aynur Məmmədova   
Zülfiyyə Səfxanova

 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb