"Qanlı biznes" - Göz qabağında kəsilən başlar - ANN.TV

21:45 | 08.04.2015

"Qanlı biznes" - Göz qabağında kəsilən başlar - ANN.TV

Paytaxt Bakıda hələ də qanunsuz şəkildə iri və xırda buynuzlu mal-qara kəsilir. Yaşayış binalarının həyətlərində, avtomobil yollarının kənarlarında mal-qaranın başına bıçaq vurulur və təəssüf ki, bütün bunlar göz qabağında baş verir.
 
Adətən səhər saat 3-4 radələrində mal-qaranı gətirir, dilsiz-ağızsız heyvanları asfalt üzərinə "boşaldırlar". Heyvan cəlladları guya qonşuları narahat etməmək üçün onların mələməməsini təmin etmək üçün ağızlarını xüsusi lentlə bağlayırlar. Artıq iş gününün başlanğıcına qədər alıcılara, yaxud "təzə ət" həvəskarları üçün təzə ət hazır olur. Beləliklə də, məhəllələrdə, binaların həyətlərində qızğın alış-veriş başlayır.

Bir nüansı da qeyd etmək yerinə düşər ki, bütün bu hadisələr balaca uşaqların gözləri qarşısında baş verir. Hətta yeniyetmə uşaqlar heyvankəsmə "mərasimi"ni telefonları vasitəsilə videoya çəkir, onu internetdə yayımlayırlar. Təəssüf ki, bu kimi səhnələr  onların psixoloji durumuna çox pis təsir edər və kim təminat verə bilər ki, bu dəhşətli səhnələrin tamaşaçılarına çevrilənlər arasından gələcəkdə real qatillər və terrorçular meydana çıxmayacaq?
 
ANN.TV-nin çəkiliş qrupunun hazırladığı növbəti video-reportajın süjet xətti bu mövzunu özündə əks etdirir:

Müəllif: Babək Mirzəzadə
Rasim Əliyev 
 
 
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb