OBYEKTİVDƏ: Qızmar günəş altında - ANN.TV

09:36 | 30.07.2015
OBYEKTİVDƏ: Qızmar günəş altında - ANN.TV

OBYEKTİVDƏ: Qızmar günəş altında - ANN.TV

İsti havalarda nəfəsi kəsilə-kəsilə olsa da günün altında işləmək məcburiyyətində qalan xeyli insan var. Onlar günəşin qızmar çağlarında yol çəkir, asfalt döşəyir, körpü tikir, daş qaldırır, beton tökür və yaşıllıq işləri ilə məşğul olurlar. Temperatur hətta 40 dərəcəyə çatanda da açıq havada işləyənlərə güzəşt edilmir. Əmək qanunvericiliyinə görə isə, yay aylarında kölgədə tempratur 41 dərəcəyə çatarsa, açıq havada olan bütün işlər dayandırılmalıdır. Bəs, görəsən, qanunun bu müddəasına riayət olunurmu?

ANN.TV-nin çəkiliş qrupunun araşdırdığı növbəti mövzu buna həsr olunub. Vətəndaşların belə bir hüquqa malik olmalarından xəbərləri varmı? Sorğunun nəticələrini və hüquqşünas Paşa Səfərov qanunvericilikdəki müddəaları şərh etməsini bilmək üçün video-süjetə baxa bilərsiniz.

Müəlliflər: Babək Mirzəzadə
Rusif Hüseynov

 


 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb