OBYEKTİVDƏ: Vaxtından əvvəl yetişən qarpız - ANN.TV

09:48 | 13.07.2015
OBYEKTİVDƏ: Vaxtından əvvəl yetişən qarpız - ANN.TV

OBYEKTİVDƏ: Vaxtından əvvəl yetişən qarpız - ANN.TV

 
"Əsasən qarpız avqustda satışa çıxarılmalıdır, amma istiləşmə ilə bağlı tez yetişib, qlobal istiləşmə var axı..." - bunu ANN.TV-nin çəkiliş qrupunun əməkdaşı ilə söhbətində bazarda qarpız satan şəxs deyib. 

Bəs görəsən, doğrudanmı havaların isti keçməsi adətən iyul ayının sonları avqust ayının əvvəllərində yetişən qarpızın daha tez bazarlara çıxmasına səbəb ola bilərmi? 

Əməkdaşlarımız Bakı bazarlarında olub və alıcıların da əksəriyyətinin tərəddüd etmədən qarpız aldıqlarını müşahidə edib. Satıcılar satılan qarpızların yerli mal olduğunu deyiblər. 

Bəs vaxtsız satılan qarpız zəhərlənməyə səbəb ola bilərmi? Bu suala satıcılar bir cür, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev isə ayrı cür izahat verib.

Hazırlanmış video-süjeti oxuculara təqdim edirik.

Müəlliflər: Babək Mirzəzadə
Şahpəri Abbasova

 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM