Odisseyin gəmisi tapıldı? - VİDEO

13:40 | 23.10.2018
Odisseyin gəmisi tapıldı? - VİDEO

Odisseyin gəmisi tapıldı? - VİDEO

Təxminən 2400 il əvvəl qəzaya uğrayaraq batan gəminin qalıqları aşkarlanıb. Qalıqlaq Bolqarıstanın Varna şəhərinin sahillərindən 80 km aralıda, Qara dənizin dibindədir.

Qədim Yunanıstandakı şəhər-dövlətlərdən birinə məxsus olmuş 23 metrlik gəminin qalıqlarını "The Black Sea Maritime Archaeology Project"in tərkibindəki axtarış qrupu tapıb.

Gəmi dənizin dibində, oksigenin çox az olduğu mühitdə olduğundan yaxşı qalıb. Tapındı qədim yunan dənizçilərinin və tacirlərin Elladadan nə qədər uzaq məsafələrə səfər etdiklərini göstərir. Üstəlik, gəmi, hazırda Britaniya Tarix Muzeyində saxlanan və "Sirena vazası" adlanan amforanın üzərindəki mozaikanadakı gəminin təkrarıdır.  Amforanın üzərində sirenaların səsindən qorunmaq və onlara aldanıb dənizə atılmamaq üçün dor ağacına bağlanmasını əmr etmiş Odisseyin rəsmi var.

12 avarlı bu gəmi Homerin "Odisseya" epik poemasının qəhrəmanı çar Odisseyin gəmisi də ola bilər. Hər halda ekspertlər bunu istisna etmirlər.

Gəminin qalıqları 2 km dərinlikdədir./milli.az
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb