On minlərlə fələstinliyə İsrailə getmək qadağan olundu

10:58 | 09.06.2016
On minlərlə fələstinliyə İsrailə getmək qadağan olundu

On minlərlə fələstinliyə İsrailə getmək qadağan olundu

 

İsrail Müdafiə Ordusu (ÇAXAL) on minlərlə fələstinliyə Ramazan bayramında İsrailə getməyi qadağan edib. 

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, ÇAXAL-ın ərazidəki fəaliyyət koordinatoru general-mayor Yoav (Poli) Mordexay  83 min fələstinlinin Ramazan bayramında İsrailə getmək üçün icazəsini ləğv etməyi əmr edib. 

General Mordexayın əmri iyunun 9-na keçən gecə Tel-Əvivdəki ÇAXAL qərargahında təhlükəsizlik sistemi rəhbərlərinin xüsusi iclasında səsləndirilib.
Xatırladaq ki, bu gecə Tel-Əvivdə terror aktı baş verib. Silahlı şəxslərin yoldan keçənlərə atəş açması nəticəsində 4 nəfər həlak olub.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM