Onkoloji xəstəliklərin yaranmasında 25% qida faktoru rol oynayır - Komitə sədri

11:19 | 18.04.2024
Onkoloji xəstəliklərin yaranmasında 25% qida faktoru rol oynayır - Komitə sədri

Onkoloji xəstəliklərin yaranmasında 25% qida faktoru rol oynayır - Komitə sədri

Onkoloji xəstəliklərin əmələ gəlməsində 25%-dən çox qida faktoru rol oynayır. Bunu Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
 
"Yüksək ölümə səbəb olan ürək xəstəlikləri,onkoloji xəstəliklərin əmələ gəlməsində qida faktoru birinci yerdə durur. Onkoloji xəstəlik yaranmasında isə 25% qida əsas rol oynayır. Həmçinin təsdiq olunub ki, bədxassəli şişlərin əmələ gəlməsində trans yağları əsas səbəbdir. Əgər istehsal olunan qida düzgün emal olunmusa bu da insan orqanizmi üçün təhlükə yaradır", - deputat  aprelin 18-də parlamentdə Aqrar siyasət komitəsinin "Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda keçirdiyi ictimai dinləmədə çıxışı zamanı deyib.


Komitə sədri vurğulayıb ki, inkişaf etmiş ölkələr öz ölkələrində qadağan etdiyi məhsulları inkişaf etməkdə olan ölkələrə və ehtiyacı olan ölkələrə göndərir. Deputat bildirib ki, bu sahədə xeyli boşluqlar qalıb və uğurlarla yanşı bu istiqamətdə işlər görülməlidir. 
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM