OPEC neft bazarı ilə bağlı rəqəmləri açıqladı

18:02 | 12.04.2018
OPEC neft bazarı ilə bağlı rəqəmləri açıqladı

OPEC neft bazarı ilə bağlı rəqəmləri açıqladı

Neft İxrac edən Ölkələr Birliyi (OPEC) mart ayı üzrə hasilat rəqəmlərini açıqlayıb.

Anews.az xəbər verir ki, mart ayında gündəlik neft hasilatı əvvəlki ayla müqayisədə 201 min barel azalaraq 31 milyon 960 min barelə düşüb.

OPEC-in Neft Bazarı Hesabatına əsasən, mart ayında qlobal neft hasilatı əvvəlki ayla müqayisədə gündəlik 180 min barel artaraq 98 milyon 150 min barel təşkil edib.

Hesabat dövründə OPEC-ə daxil olmayan ölkələrdə  neft hasilatı gündəlik 380 min barel artaraq 66 milyon 200 min barelə yüksəlib. OPEC-in xam neft istehsalı ötən ay əvvəlki aya nisbətdə gündəlik 201 min barel azalaraq 31 milyon 960 min barelə enib.

Martda OPEC-in qlobal neft hasilatında payı 32,6 faiz təşkil edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb