OPEK: Azərbaycanda neft hasilatı azalıb

23:59 | 12.07.2016
OPEK: Azərbaycanda neft hasilatı azalıb

OPEK: Azərbaycanda neft hasilatı azalıb

Azərbaycanın sutkalıq neft  hasilatı iyun ayında may ayı ilə müqayisədə 10 min barel azalaraq 0,78 mln. barelə çatıb.

Oxu.Az bu haqda Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEK) hesabatına istinadən xəbər verir. 

Hesabatda göstərilir ki, cari il üzrə ölkəmizdə sutkalıq neft hasilatı 0,85 mln. barel təşkil edəcək. Bu isə ötən illə müqayisədə 10 min barel/sutkada az deməkdir. Azərbaycanda hasil olunan neftin əsas mənbəyi "Azəri-Çıraq-Günəşli” yataqlar blokudur.

Ötən ilin iyun ayı ilə müqayisədə isə bu ilin iyun ayında hasilat 20 min barel artım müşahidə olunur. Amma yeni layihələrin olmaması səbəbindən 2017-ci ildə Azərbaycanda gündəlik neft hasilatı 40 min barel azalacaq.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM