OPEK neft hasilatını azaltdı

15:54 | 15.03.2016
OPEK neft hasilatını azaltdı

OPEK neft hasilatını azaltdı

Neft İxrac Edən Ölkələr Birliyinə (OPEK) üzv ölkələrin neft hasilatının həcmi fevralda 32,38 milyon barel təşkil edib. Bu isə cari ilin yanvar ayı ilə müqayisədə sutkada 175 min barel azdır. 

Oxu.Az xəbər verir ki, bu barədə OPEK-in aylıq məruzəsində öz əksini tapıb. 

Ötən ay İraq, Nigeriya, BƏƏ-də neft hasilatının azalması, İran, Səudiyyə Ərəbistanı və Küveytdə onun artması müşahidə olunub. 

OPEK-in ən böyük neft istehsalçı üzvi olan Səudiyyə Ərəbistanında hasilatın həcmi sutkada 14 min barel artaraq, 10,142 milyon barelə çatıb. İranda isə hasilat sutkada 187,8 milyon barel artaraq, sutkada 3,132 milyon barelə çatıb. 

OPEK-in məruzəsinə görə, İraqda hasilat fevralda sutkada 263,2 min barel azalaraq, sutkada 4,156 milyon barel təşkil edib. 

Bundan başqa, fevralda neftin ümumdünya istehsalında OPEK-in payı 33,7%-ə qədər azalıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb