Oqtay Əsədovdan deputata cavab: Heç qorxana oxşamırsan

16:20 | 02.05.2017
Oqtay Əsədovdan deputata cavab: Heç qorxana oxşamırsan

Oqtay Əsədovdan deputata cavab: Heç qorxana oxşamırsan

"Deputatı mandatdan məhrum etmə ilə məhkəmənin səlahiyyətini əlindən almış oluruq. Biz bunu qəbul etsək, Konstitusiyanın 90-91-ci maddələrini götürmüş oluruq”.

ANN.Az-ın Report-a istinadən verdiyi xəbərə görə, bunu Milli Məclisin deputatı Zahid Oruc parlamentin bu gün keçiriləcək plenar iclasında "Azərbaycan Respublikası Milli Məclis deputatının etik davranış qaydaları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, deputatın davranışına münasibət zavod rəhbərliyinin işçisinə olan münasibət kimi olmamalıdır:

"Belə olarsa, deputat hansısa məsələ ilə bağlı çəkinəcək. Dünya praktikasında da buna həssas yanaşırlar. Bütün bunlar nəzərə alınmalıdır”.

Spiker Oqtay Əsədov isə Z.Oruca belə cavab verib: "Heç qorxağa oxşamırsan, görürsən, danışırsan”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb