Silahlı Qüvvələrin hazırlıq planına əsasən Hərbi Hava Qüvvələrinin birləşmə və hissələri ilə taktiki təlimlər keçirilib.
Axar.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, təlimlərdə hərbi hissələr təyin edilən vaxtlarda döyüşə tam hazırlıq vəziyyətinə gətirilib, idarəetmə orqanları və bölmələr manevr edərək yeni mövqeləri tutub.
Qərargahlarda və bölmələrdə döyüş fəaliyyətlərinin planlaşdırılması və hazırlığı üzrə işlər aparılıb. Heyətlərin bacarığı və hərbi texnikanın imkanları döyüş təyyarələrinin uçuşlarının təqlid edilməsi və hava hədəflərinə qarşı döyüş işinin aparılması ilə yoxlanılıb. Bölmələr dağlıq relyef və mürəkkəb radioelektron maneə şəraitində sürətli hava hədəflərini vaxtında aşkarlayaraq dəqiq atəşlə məhv edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !