Oruc vaxtı yemək yeyənlərə sərt cəza

20:36 | 14.07.2014
Oruc vaxtı yemək yeyənlərə sərt cəza

Oruc vaxtı yemək yeyənlərə sərt cəza

İran İslam Respublikasının Şiraz şəhərində Ramazan ayında ictimai yerdə yemək yeyib su içdiyinə görə iyulun 13-də iki nəfərin hər birinə 80 şallaq zərbəsi vurulub. ANN.Az Media forum-a istinadən xəbər verir ki, Fars əyalətinin hüquq mühafizə qüvvələrinin komandanı Əhmədəli Qudərzinin jurnalistlərə açıqlamasında dediyinə görə, oruc tutmayan vətəndaşlar Ramazan qadağalarına hörmətlə yanaşmalıdır:“Bu iki şəxs ictimai yerdə qida qəbul etdiyinə görə cəzalandırılıb və onlardan hər birinə 80 şallaq zərbəsi vurulub. Vətəndaşlar bilməlidir ki, orucluq vaxtı ictimai yerdə yemək yemək şəriət qaydalarına görə haramdır və cinayət sayılır”.İrandakı islam cəza qanununa görə, Ramazan ayında ictimai yerdə yemək yeyən və ya su içənlər 10 gündən 2 aya qədər həbsə və 80-ə yaxın şallaq zərbəsinə məhkum edilir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM