Orxan Pamuk yeni sevgilisi ilə yaxalandı - FOTO

10:22 | 24.04.2014
Orxan Pamuk yeni sevgilisi ilə yaxalandı - FOTO

Orxan Pamuk yeni sevgilisi ilə yaxalandı - FOTO

Dünya şöhrətli yazıçı, Nobel mükafatı laureatı Orxan Pamuk qız tanışı ilə yaxalanıb.ANS PRESS-in xəbərinə görə, Nobel mükafatı laureatı Orxan Pamuk ötən gecə İstanbulun Cihangir səmtində yeni sevgilisi ilə restoranların birində oturarkən paparazzilərin obyektivinə tuş gəlib.Əhvalının yaxşı olduğu görülən yazıçının çəkildiyini hiss edəndən sonra özünü narahat göstərməyə başlayıb və "gizlən, çəkirlər" deyib. Sonra isə stulunu hərəkət etdirərək xanımdan kənara çəkib.Dünya şöhrətli yazıçının yanında oturan, saçları və əlləriylə üzünü gizlətməyə çalışan xanım isə bir anda masadan qalxaraq sürətlə qaçıb. Pamuk onlara yoldaşlıq edən oğlanla yarım saat üzbəüz söhbət etdikdən sonra restorandan çıxıblar.Xatırladaq ki, Orxan Pamukun bundan əvvəl hind yazıçısı Kiran Desai ilə, daha sonra isə erməni əsilli rəssam Karolina Fişekçi ilə eşq münasibətləri olub.

ANNET.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb