Oyun vaxtı banan yeyən futbolçu cəzalandı

21:32 | 06.05.2014
Oyun vaxtı banan yeyən futbolçu cəzalandı

Oyun vaxtı banan yeyən futbolçu cəzalandı

Fransanın III divizionunda çıxış edən “Qazele Ayaçço”nun futbolçusu Famara Dyedu banan yediyi üçün sarı vərəqə alıb.

 

Lent.az-ın “L Equip”ə istinadən məlumatına görə, 22 yaşlı hücumçu “Res Star Sen-Uan” komandasının qapısına qələbə topunu vurduqdan sonra ehtiyat oyunçular skamyasına qaçıb.

 

O, oturacağın üstündən bananı götürərək, yeməyə başlayıb. Matçın baş hakimi Yohan Amel Dyeduya sarı vərəqə göstərməyi qərara alıb. Oyunçu öz hərəkətləri ilə İspaniya çempionatında “Vilyarreal”la oyun zamanı “Barselona”nın müdafiəçisi Daniel Alvesə azarkeşlərdən birinin banan atmasından sonra başlanan antirasist kampaniyasını dəstəkləyib.

 

Qeyd edək ki, həmin epizodda Alves bananı götürüb, dişləyib və kənara ataraq, oyuna davam edib. Bundan sonra bir çox tanınmış oyunçular banan yedikləri fotoları internetə yükləyiblər.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb