Pakistan: "İsrail Qəzzada soyqırım edir"

12:20 | 05.08.2014
Pakistan: "İsrail Qəzzada soyqırım edir"

Pakistan: "İsrail Qəzzada soyqırım edir"

Pakistan Parlamenti İsrailin iyulun 8-dən Qəzzada apardığı hərbi əməliyyatlarla bağlı qərar qəbul edib.

ANN.Az xarici ölkə mediaına istinadən xəbər verir ki, Pakistan Parlamenti İsrail ordusunun hərbi hücumlarını "döyüş cinayəti və soyqırım" kimi xarakterizə edib və parlament üzvlərinin yekdil qərarı ilə İsrail hücumları qınanılıb.Qeyd edək ki, bu qərarın mətninin layihəsini baş nazir Navaz Şərif təqdim edib. Onu parlament üzvlərinin diqqətinə baş nazirin Milli Təhlükəsizlik və Xarici İşlər müşaviri Sertaj Əziz çatdırıb."İsrailin silahsız fələstinliləri hədəf aldığı, günahsız uşaq və qadınları öldürdüyü" göstərilən qərarda '' Bu, fələstinlilərə qarşı həyata keçirilən bir qırğın və döyüş günahıdır. İnsan haqqları pozuntusudur. İsrail silahsız və günahsız fələstinliləri öldürürək terrorizmə müraciət edir'' ifadələrinə yer verilib. ANN.Az 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb