Pakistanda polis akademiyasına hücum: 59 nəfər həlak olub - YENİLƏNİB

10:09 | 25.10.2016
Pakistanda polis akademiyasına hücum: 59 nəfər həlak olub - YENİLƏNİB

Pakistanda polis akademiyasına hücum: 59 nəfər həlak olub - YENİLƏNİB

Pakistanın Kvette şəhərində polis akademiyasına hücum nəticəsində ən azı 59 nəfər ölüb.

Oxu.Az xəbər verir ki, bu barədə həkimlərin sözlərinə istinadən GEO TV telekanalı məlumat yayıb. 

Belucistan əyalətinin DİN idarəsinin rəhbəri Sərfaz Buqti hücum edən üç nəfərin zərərsizləşdirilməsindən sonra əməliyyatın başa çatdığını bildirib. Buqtinin sözlərinə görə, yaraqlıların "kamikadze-kəməri” olub.

Daha öncə KİV-də bazar ertəsi hücumun altı yaraqlıdan ibarət qrupun törətdiyi barədə məlumat yayılmışdı.

Hərbçilərin sözlərinə görə, hücumu "Taliban”la əlaqədar olan "Laşqar-e Canqvi” qruplaşması həyata keçirə bilərdi.  

00:35

Pakistanın Belucistan vilayətinin paytaxtı Kvetta şəhərində naməlum silahlılar polis akademiyasına hücum ediblər. 

Oxu.Az-ın xəbərinə görə, bu barədə Samaa TV telekanalı məlumat yayıb.

Hücum bazar ertəsi, oktyabrın 24-də, axşam saatlarında baş verib. İlkin məlumata görə, silahlı şəxslərin sayı beş və ya altı nəfərdir. 

Telekanalın məlumatına əsasən, hazırda təhsil müəssisəsində şiddətli atışma gedir. Hüquq-mühafizə orqanlarının yeddi əməkdaşının yaralandığı qeyd olunur.

Hadisə nəticəsində 200-dən çox kursantın girov götürüldüyü bildirilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb