Pan Gi Mun İsrail və Fələstinə səfər edib

10:23 | 21.10.2015
Pan Gi Mun İsrail və Fələstinə səfər edib

Pan Gi Mun İsrail və Fələstinə səfər edib

BMT baş katibi Pan Gi Mun iki günlük səfər çərçivəsində İsrail və işğal altındakı Fələstin torpaqlarında olub.

APA-nın qurumun saytına istinadən verdiyi xəbərə görə, baş katib İsrail prezidenti Reuven Rivlinlə görüşüb.

BMT baş katibi bu gün İsrail baş naziri Benyamin Netanyahu, sabah isə Fələstin dövlətinin prezidenti Mahmud Abbasla görüşəcək.

Yerusəlimdə keçirilən mətbuat konfransında baş katib regiona səfərinin İsrail və fələstinlilər arasında zorakılıq hallarının artması ilə bağlı olduğunu bildirib. Onun sözlərinə görə, əgər təcili tədbirlər görülməsə, vəziyyət daha da pisləşəcək:

"İsrail və Fələstin rəhbərliyi ilə keçirəcəyim görüşlərdə hər iki tərəfi yeni insidentlərin qarşısının alınması üçün razılaşdırılmış tədbirlər görməyə çağıracam.  Biz hər iki tərəfdən olan ekstremistlərin və ya zorakılığın yeganə çıxış yolu olduğunu düşünənlərin münaqişəni alovlandırmalarına imkan verməməliyik, ”-deyə Pan Gi Mun əlavə edib.

BMT baş katibi, həmçinin, Fələstin və İsrail arasında sülh danışıqlarının yenilənməsi üçün əlindən gələn bütün səyləri göstərəcəyini diqqətə çatdırıb.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb