Paolo Centiloni: “İtaliya Azərbaycana ixracı artırmaq istəyir”

23:12 | 14.06.2016
Paolo Centiloni: “İtaliya Azərbaycana ixracı artırmaq istəyir”

Paolo Centiloni: “İtaliya Azərbaycana ixracı artırmaq istəyir”

"Azərbaycanda İtaliya məhsullarına tələbat artıb”.
 
APA-nın İtaliya Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə İtaliya xarici işlər naziri Paolo Centiloni ötən gün Roma şəhərində keçirilmiş Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclasında çıxışı zamanı deyib.
 
Ötən il qarşılıqlı ticarət dövriyyəsinin 5 milyard avro olduğunu bildirən italiyalı nazir ölkəsinin Azərbaycana ixracı artırmaq istədiyini, bununla da ticarət dövriyyəsindəki qeyri-tarazlığı aradan götürməyi planlaşdırdığını bildirib: "İki ölkə arasında iqtisadi əməkdaşlıq yalnız enerji sektoru ilə məhdudlaşmamalıdır. Müxtəlif sahələrdə əməkdaşlıq üçün geniş imkanlar var”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb